Baki-böyük kəsik istiqamətində daha 3737 metr yol yenilənir.
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 113 km yol əsaslı təmir olunub. 11-13 sentyabr avqust 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçiriləcək və 3737 metr yol əsaslı təmir olunacaq.
İki gün ərzində Ağstafa-Poylu mənzilinin 74-75-ci km-də 1862 metr, Soyuq-Bulaq-Böyük Kəsik mənzilinin 48-47- km-də 1875 metr yolun təmir edilməsi nəzərdə tutulur.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumata görə, Ağstafa-Poylu mənzilində səhər saatlarında söküntü işlərinə başlanılıb.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB