Bu dəfə saytlar yoxlanılacaq

Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə bu gündən mətbuatın monitorinqinə başlayır. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, monitorinq bu ayın 17-nə qədər davam edəcək.

Dilçi alimlərin və mütəxəssislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb edilib.

Monitorinqin nəticələrinə əsasən Azərbaycan dil normalarına əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq. Nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə