Sumqayıtda Bayraq meydanının açılışı olacaq. Sumqayıt şəhər İcra hakimiyyətindən SİA-ya verilən məlumata görə, adı çəkilən icra hakimiyyətinin qarşısında inşa olunan Bayraq meydanının sentyabrın 17-də açılışı gözlənilir. Hündürlüyü 75 metr olması nəzərdə tutulan bayraq meydanında artıq son tamamlama işləri həyata keçirilib.
Qeyd edək ki, bayraq meydanının dirəyi öz möhkəmliyilə seçilir. Onun dirəyinin 15 metri yerin dərinliyinə gedir. Ərazinin hər tərəfinə daş döşəmələr düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB