Binəqədi rayonu 297, 298, 300 və 301 saylı orta məktəblərində su və kanalizasiya sistemlərinin bərpası, su təmizləyici filtrlərin quraşdırılması və ekoloji guşələrin yaradılması üzrə layihə həyata keçirilib. SİA-nın məlumatına görə, layihəyə uyğun olaraq məktəblərdə qeyri-kafi vəziyyətdə olan su və kanalizasiya xətləri dəyişdirilib, sanitar qovşaqlarında əsaslı təmir işləri aparılıb, içməli su xəttinə su təmizləyici filtrlər quraşdırılıb və məktəblərdə "yaşıl zonalar" yaradılıb.
Layihənin gerçəkləşməsi nəticəsində, məktəblər fasiləsiz rejimdə su ilə təmin olunublar. 298 saylı orta məktəbin xarici kanalizasiya xətləri tamamilə, 300 və 301 saylı orta məktəbin xarici kanalizasiya xətləri isə qismən dəyişdirilib.
Bununla yanaşı, 14 sanitar qovşağında əsaslı təmir işləri aparılıb, çən və təzyiq yaradan su nasosları quraşdırılıb. Hər bir məktəbdə ümumi sahəsi 30 kv.metr olmaqla ekoloji guşələr yaradılaraq ağac və gül kolları əkilib. Məktəblərin bufetində isə su təmizləyici filtrlər quraşdırılıb və şagirdlərin istifadəsi üçün müvafiq yerlərə əlavə xətlər çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB