1795 - Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyuş olub. Qacarın qoşunları gürcü qüvvələrini məğlub edib və Tiflisi, eləcə də bütün Şərqi Gürcüstanı (o cümlədən Azərbaycanın Borçalı mahalını) ələ keçiriblər. Lakin İran qoşunları burada çox qala bilmədi, ilin sonunda Rusiya qoşunları onları bölgədən sıxışdırıb çıxardı. Bundan sonra isə çar II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Gürcüstan (Kartli-Kaxetiya çarlığı) Rusiyanın himayəsinə keçdi.
1913 - Tanınmış kinorejissor və operator, xalq artisti Muxtar Dadaşov (1913-1998) anadan olub. Azərbaycan kinosunda önəmli yer tutan filmlərə ("Qanun naminə", "Bakıda küləklər əsir" və s.) quruluş verib.
1996 - Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına daxil olması və Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Bakı ilə danışıqların intensivləşdirilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edib. Bundan bir qədər əvvəl (iyun 1996) Avropa Şurası Parlament Assambleyası Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusu vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB