PKK-dan Azərbaycana zərbə

Türkiyədə bir qrup PKK terrorçusu Naxçıvanla sərhəd yaxınlığında yerləşən Qaraqoyunlu rayonunda yerli sakinlərə hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, terrorçular ilk öncə yük maşınını yandıraraq yolu kəsiblər. Bundan sonra terrorçular yoldan ötən avtomobilləri saxlamağa çalışarkən dayan əmrinə tabe olmayan maşınlara atəş açıblar. Nəticədə 3 mülki vətəndaşın yaralandığı bildirilir.

Yaralılardan biri Azərbaycan sakini, digər iki nəfər isə Türkiyə və İran vətəndaşıdır. Polis insidentlə bağlı istintaq aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə