Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Nabran qəsəbəsində Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə 6 – 12 sentyabr tarixlərində reallaşdırdığı "TGT sədrləri üçün liderlik məktəbi" layihəsinin proqramına uyğun, TGT sədrləri Quba Soyqırımı Məzarlığını ziyarət ediblər. ATGTİ-dan SİA-ya verilən məlumata görə, ziyarət zamanı məzarlıq və həmin ərazidə aparılan tikinti işləri ilə tanış olan TGT sədrləri öyrəndilər ki, kütləvi məzarlıq 2007-ci il aprelin 1-də aşkarlanıb və onun ümumi ərazisi 514 kv metrdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, məzarlıqda aşkarlanmış sümüklər 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş amansız soyqırımın maddi sübutlarıdır. TGT sədrləri gördükləri haqda kiçik fotoreportajlar hazırlayaraq onları müxtəlif sosial şəbəkələrdə yayımlamaq qərarına gəldilər.
Məlumat üçün bildirək ki, "TGT sədrləri üçün liderlik məktəbi" layihəsi artıq yekunlaşmaq üzrədir. Bu gün TGT sədrləri onlara keçilmiş təlimlərə əsasən ortaq layihələr hazırlayacaq, məktəbin yekunlarını müzakirə edəcəklər. Daha sonra layihənin rəsmi bağlanış və sertifikatların verilməsi mərasimi keçiriləcək.
Qeyd edək ki, sentyabrın 12-də TGT sədrləri Bakıya geri qayıdacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB