Bu gün 11 sentyabr terror aktlarından 11 il ötür. SİA-nın xəbərinə görə, 2001-ci il sentyabr ayının 11-də Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsində bənzər terror aktı törədilib. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub.
Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib. Həmin terror hadisələri 3 minə yaxın vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib. 11 il qabaq dünya gündəminə damğasını vuran hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə, Əfqanıstan və İraqa qarşı hərbi əməliyyatlara başlamasına təkan verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB