Bu gün hava necə olacaq?

Sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-17, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən xəbərə görə, hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində əlverişsiz hava şəraitinin müşahidə olunması dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2 dərəcəyədək aşağı enəcəyi, 21-22 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Sentyabrın 11-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz Sentyabrın 10-u axşam və 11-də hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə