Qəbiristanlıqları necə qorumalı?

Qəbiristanlıqları necə qorumalı?

Ötən gün Tovuz rayonunda ölən şəxsin qəbrdən çıxarılaraq qızıl dişinin sökülməsi faktı qəbiristanlıqlarda nəzarət məsələsini yenidən gündəmə gətirdi. Bakı Şəhəri Vətəndaşlara Xidmət Reyestrinin şöbə müdiri Sabir Həsənov qəbiristanlıqların mühafizəsinin qeyri-mümkün olduğunu bildirərək, bunun əslində bir vicdan məsələsi olduğunu deyib: "Bakıda 28 qəbiristanlıq, 2 Fəxri Xiyaban, 1 Şəhidlər Xiyabanı var. Fakt üçün deyim ki, 8-ci kilometrdə yerləşən bir qəbiristanlığın 64 girişi var. Yəni qəbiristanlıqların böyük olması onlara nəzarəti mümkünsüz edir. Məncə, bu mühafizə əsasən ictimai formada olmalıdır, bu həm də insanın vicdanı məsələsidir".

Bəs görəsən insan ölərkən onun dişinin çıxarılaraq basdırılması dinimizə uyğundurmu? Din xadimi Hacı Fuad Nurullah islam aləmində insan dəfn edilərkən və ya öldükdən sonra belə nəinki onun dişlərinin sökülməsinin, hətta ümumiyyətlə qəbrlərə təcavüz etməyin ən böyük günah olduğunu deyir: "Dinimizdə bu cür hadisələr birmənali olaraq bəyənilmir və ən böyük günahdır. Lakin xəstə bir insan ölməmişdən əvvəl özü bunu edərsə, bu günah sayılmır".

İnsanlıq yalnız dirilərə göstərdiyimiz hörmətlə ölçülmür, o həm də bizim ölülərimizə olan münasibətimizdə üzə çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə