Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlətimizin başçısına məlumat verilib ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılacaqdır. Bundan başqa, ərazidə içməli su və yanğından mühafizə çənləri, müxtəlif mühəndis qurğuları, transformator yarımstansiyası da qurulacaqdır.
Prezident İlham Əliyev tüfəngdən hədəfə bir neçə sərrast atəş açıb.
Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB