Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq səviyyəli "Qitələr kuboku-2012" çempionat keçirilib. SİA-nın xəbərinə görə, bu çempionatda ölkəmizi birinci qrup əlillər Kamal Məmmədov və Vüsalə Kərimova təmsil edib. Onlar 20-dən çox ölkədən 82 nəfər əlilliyi olan şəxsin iştirak etdiyi yarışda Azərbaycanın adını çempionatın qalibləri sırasına yazdırıblar. Onlar öz çıxışları ilə fərqlənərək üçüncü yerə layiq görülüb və bürünc medala sahib olublar.
Nazirlik tərəfindən ölkəmizdən əlilliyi olan şəxslərin qeyd olunan rəqs növü üzrə xarici ölkələrdə təlim kursları keçmələri, müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak etmələri təmin olunur. Onu da bildirək ki, bundan öncə cari ilin mayın 5-6-da Belarusun paytaxtı Minsk şəhərində keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq səviyyəli çempionatda da Kamal Məmmədov və Vüsalə Kərimova üçüncü yerə layiq görülərək bürünc medala sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB