"Gənclərin kadr potensialı haqqında məlumat bazası yaradılması nəzərdə tutulmuşdu. Artıq nazirlər kabineti tərəfindən sərəncam imzalanıb və hal-hazırda məlumat bankının formalaşması istiqamətində addımlar atılır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin nəzdində xüsusi insan kapitalının idarəetməsiylə bağlı şöbə yaranıb ki, xaricdə təhsil alan gənclər haqqında məlumat toplanılsın və onların gələcəkdə Azərbaycanda işlə təmin olunması işlərində addımlar atılsın". SİA-nın məlumatına görə, bunu "Kiber Gənclər Düşərgəsi"-nin açılış mərasimindən sonra jurnalsitlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini bundan başqa gənclər üçün mərkəzlərin yaradılması fikrinə də toxunub: "Yerlərdə gənclər üçün yararlı olan infrastrukturun, gənclər evləri, gənclər mərkəzlərinin yaradılması və mövcud olanların təkmilləşdirilməsi, şəbəkələşməsi istiqamətində addımlar atılıb. 2015-ci ilə qədər Azərbaycan Gəncliyi Dövlət Proqramı çərçivəsində əlavə olaraq, Azərbaycanın 10 rayon və şəhərində gənclər evi inşa ediləcək, eyni zamanda , Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişaf proqramı çərçivəsində də Bakının 5 rayonunda gənclər evi inşa ediləcək və bütün bu mərkəzlər müasir standartlara cavab verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB