Göygöl rayonunda oğurluq edən şəxslər tapılaraq məsuliyyətə cəlb olunub. SİA-nın bölgə müxbirinin Göygöl rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, rayonda gedən abadlıq və quruculuq işləri çərçivəsində tikinti sahəsindən 150 mm diametrdə 10 ədəd çirkab su xəttinin tikintisində istifadə edilən boruları oğurlayan şəxs yaxalanıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, dövlətin tikintidə istifadə etdiyi materialları 1987-ci ildə Türkmənistan Respublikasının Bezmeyin kəndində anadan olan, hazırda isə Göygöl rayonunda yaşayan Paşayev Niyamməddin Seyfəddin oğlu oğurlayıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində, boruları məhlədə istifadə etmək üçün oğurladığını bildirib.
Keçirilən digər bir əməliyyatda isə oxşar cinayəti törədən Abbasov Vüsal Valeh oğlu yaxalanıb. O, ümumi dəyəri 80 manat olan divar örtüyündə istifadə edilən aqlay daşlarını oğurlayıb. Göygöl rayon Polis Şöbəsinin rəhbərliyi isə xəbərdarlıq edir. Rayonda aparılan geniş abadlıq quruculuq işləri nəzərə alınaraq bəzi hallarda nəzarətsiz qalan tikinti materiallarını oğurlamağa cəhd göstərmək istəyən şəxslər qanunauyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaq.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 ci (Oğurluq) maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB