TÜRKPA rəsmisi Asiyada

TÜRKPA baş katibi Ramil Həsənov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Xarici İşlər Nazirlərinin IV görüşündə iştirak edəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, TÜRKPA baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti 12 sentyabr 2012-ci tarixində Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Yubiley İclası və Xarici İşlər Nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcək. Səfər zamanı TÜRKPA baş katibinin Qazaxıstan Respublikasının xarici işlər naziri Yerjan Kazıkhanovla görüşü nəzərdə tutulub. Eyni zamanda baş katib xarici işlər nazirlərinin IV görüşündə TÜRKPA-nın fəaliyyəti, görülmüş işlər və gələcək layihələr barədə çıxış edəcək.

Qeyd edək ki, səfərdə TÜRKPA baş katibini, baş katibin müavini Mels Semgaliyev və Beynəlxalq Əlaqələr Komissiyasının katibi Emin Həsənov müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə