Bakı Metropoliteninin yeni stansiyalarında eskalatorlarla yanaşı, liftlər də işləyəcək. SİA-nın məlumatına görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni xətlərdə 7 vaqonlu qatarlar hərəkət edəcək, stansiyalarda şüşədən hazırlanmış təhlükəsizlik qapıları fəaliyyət göstərəcək ki, bu da sərnişinlərin qatarların hərəkət etdiyi tunelə daxil olmasını mümkünsüz edəcək.
A.Rəsyulov həmçinin bildirib ki, yeni stansiyalarda kondisioner sistemi də qurulacaq: "Eskalatorlardan əlavə, liftlər və travalatorlar da qurulacaq və xüsusən də fiziki cəhətdən qüsurlu olan şəxslərə metrodan istifadədə daha rahat şərait yaradılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB