"Bakı Metropolitenində yeni texnikalar tətbiq olunacaq o cümlədən sərnişin təhlükəsizlik qapıları tam qapalı olacaq". SİA-nın məlumatına görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgisində jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, böyük meqapolislər yer üzündə azdır. Yerin altında isə böyük işlər görülməlidir o cümlədən, avtotunellər, metro tunelləri, yeraltı keçidlər və Bakının ən böyük problemi olan parkların tikintisinə ehtiyac vardır: "Metro tikintisində bu gün məhşur şirkətlər də iştirak edir, hələ bir neçəsi ilə də danışıqlar gedir. Yəni 20 ilə 53 stansiya tikilməsi üçün köməyə ehtiyyacımız olacaq. Hər bir iştirak edən iştirakçı yeni texnologiyalar ilə tanış olur. Biz də bu gün Bakı Metropoliteni olaraq tətbiq etdiyimiz sistemləri göstəririk".
Arif Rəsulov həmçinin bildirib ki, Bakı Metropoliteninin inkişaf planı tam reallaşandan sonra paytaxtın 98,6 kv. kilometri metro ilə təmin olunacaq ki, bu da Böyük Bakının 76%-ni təşkil edir: "Uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq metronun iki mövcud xətti genişləndiriləcək. Nəticədə 3 əlavə yeni xətt çəkiləcək, yeni 84,3 km metro xətti və 53 yeni stansiya tikiləcək. Yeni stansiyalar şəhərin mövcud yeraltı keçid şəbəkəsi ilə, şəhər sərnişin nəqliyyatının digər növləri ilə, eləcə də inşa ediləcək avtodayanacaqlar və ticarət mərkəzləri ilə birləşdiriləcək".
A.Rəsulov həmçinin onu da bildirib ki, metronun inkişaf sxeminə əsasən, Bakının mərkəzi hissələri metro ilə tam əhatə olunacaq və əhalinin daha sıx məskunlaşdığı ətraf ərazilərə də metro xətləri çəkiləcək : "Bakının sərnişindaşımasında metronun alternativi yoxdur. Paytaxt üzrə sərnişindaşımanın 30%-i metronun payına düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB