Abid Şərifov nəqliyyat probleminin həllini tapıb

Abid Şərifov nəqliyyat probleminin həllini tapıb

"Azərbaycan Bakı Metropoliteninin inkişafına dair 20 illik proqramı uğurla və vaxtında başa vuracaq". SİA-nın məlumatına görə, bu sözləri Baş nazirin müavini Abid Şərifov "Tunel tikintisi və meqapolislərdə yeraltı infrastruktur" adlı beynəlxalq sərgi-konqresində çıxışı zamanı bildirib.

"Əgər son 60 il ərzində Bakıda metro stansiyalarının sayı 23-ə, Metropolitenin tunellərinin uzunluğu 80 kilometrə çatıbsa, onda bu proqram yaxın 20 ildə əlavə olaraq 53 stansiyanın və 165 kilometr xəttin tikintisini nəzərdə tutur. 2011-ci ildə qəbul edilmiş proqramın ilkin reallaşdırılması templəri ondan xəbər verir ki, proqram planlaşdırılmış müddətdə uğurla yerinə yetiriləcək. Bu çox ciddi, ağır və məsuliyyətli məsələdir. Belə bir proqramın qəbul olunması üçün dünyanın beynəlxalq şirkətklərinin təcrübəsini öyrənmək çox önəmlidir. İlk növbədə hamıya Azərbaycanı göstərmək isə gündəmdə duran əsas məsələdir", –deyə Abid Şərifov bildirib.

Şərifov həmçinin metronun inkişafının paytaxtın nəqliyyatla bağlı problemlərini həll edəcək amillərdən biri olacağını da diqqətə çtdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə