“TGT sədrləri üçün liderlik məktəbi”

“TGT sədrləri üçün liderlik məktəbi”

"TGT sədrləri üçün liderlik məktəbi"ndə AzGF-ın təqdimatı keçirilib

Cari ilin 6-12 sentyabr tarixlərində Nabran qəsəbəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı "TGT sədrləri üçün liderlik məktəbi" layihəsi davam edir. ATGTİ-dan SİA-ya verilən məlumata görə, layihənin proqramına uyğun TGT sədrləri üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun (AzGF) təqdimatı keçirilib.

Təqdimatı keçirən AzGF-in Müşahidə Şurasının üzvü, ATGTİ-nin sədri Şahin İsmayilov TGT sədrlərinə fond haqda geniş məlumat verərək, qeyd edib ki, bu gün AzGF-də 208 QHT, 133 fərdi (fiziki şəxs) olmaqla ümumi 341 qeydiyyat var. Bundan əlava Ş. İsmayilov AzGF-ın layihə kateqoriyaları, onlar arasında fərqlər və elan olunmuş ilk qrant müsabiqəsinin nəticələri barəsində danışıb. İttifaqın sədri onu da vurğulayıb ki, istənilən TGT ATGTİ xətti ilə AzGF-ə müxtəlif layihələr təqdim edə bilər.

Qeyd edək ki, "TGT sədrləri üçüm liderlik məktəbi" layihəsi AzGF-in maliyyə dəstəyi ilə keçirilir.

Məlumat üçün bildirək ki, bu gün layihə iştirakçıları Quba rayonuda yerləşən Soyqırım məzarlığını ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə