Hamının gözlədiyi vaxt açıqlandı

Hamının gözlədiyi vaxt açıqlandı

Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılma vaxtı açıqlanıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın ilk peyki olan "Azerspace-1" noyabrda Kujru kosmodromuna çatdırılacaq. Peykin orbitə buraxılması 2013-cü il yanvarın sonu - fevralın əvvəllərinə planlaşdırılıb. Peykin orbitə buraxılması ilə Fransanın "Arianspace" şirkəti məşğul olur.

Peykin əsas idarəetmə mərkəzi noyabrın sonlarında istismara tam hazır olacaq. Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşəcək mərkəz yaxın vaxtlarda istismara veriləcək. Mərkəzin tikintisi ümumi dəyəri 250 milyon dollar olan "Azerspace-1" ilk telekommunikasiya peyki layihəsinə daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə