Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, temperatur gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq.
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.
Sentyabrın 10-12-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB