Enerji təminatında yenilik

Cari ilin son üç ayında "Tərtər","Dəmirçilər" və "İsmayılbəyli" yarımstansiyalarında transformatorlar, yağ açarları əsaslı təmir olunub. Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, "Tərtər" EŞ müəssisəsi üzrə yarımstansiyaların gücü artırılıb. Yarımstansiyalarda transformatorlar yenisi ilə əvəzlənib, nəticədə istehlakçıların enerji təminatı yaxşılaşıb. Ötən 7 ayda yeni mənzillərə 172 sayğac quraşdırılıb, zədələnmiş sayğaclar dəyişdirilib. Transformator məntəqələri əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə