Sabah bir yağış yağacaq ki...

Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Temperatur gecə 17-20°, gündüz 22-25° isti olacaq. Bakıda gecə 18-20°, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcəkdir. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 14-19°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən - Zaqatala - Qax - Şək i- Oğuz - Qəbələ, İsmayıllı - Şamaxı - Ağsu - Xızı, Siyəzən - Şabran, Quba - Qusar -Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 10-15°, gündüz 20-22° isti olacağı gözlənilir.

Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 19-21°, gündüz 23-27°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

Xəbərdarlıq: Sentyabrın 10-12-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə