Orta məktəb binasının təməli qoyulub

Orta məktəb binasının təməli qoyulub

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib. Əvvəlcə dövlətimizin başçısı yeni tikiləcək məktəbin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Azərbaycan Prezidenti məktəbin layihəsini əks etdirən stendə baxıb. Bildirilib ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Bəhmətli kənd orta məktəbinin binası da qəzalı vəziyyətə düşmüşdür. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcəkdir.

Diqqətə çatdırıldı ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısı məktəb binasının təməlini qoyub.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.

Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət edib. Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə