Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Budapeşt Ramil Səfərovun ekstradisiyası məsələsində düzgün və Avropanın hüquq normalarına müvafiq olaraq hərəkət edib. Bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münasibətlərin hazırkı inkişafının Macarıstana aidiyyatı yoxdur. "Bu mübahisə bizə görə yaranmayıb və bu bizim münaqişəmiz deyil. Bunun Macarıstana aidiyyatı yoxdur" – deyə, baş nazir qeyd edib.
V.Orban əlavə edib ki, Macarıstanın maraqları "münaqişədən kənardadır". Bundan başqa, o əmindir ki, Macarıstan "Avropanın şəffaf hüquqi normalarına riayət etmiş kabineti ilə fəxr edə" bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB