Əsgərimiz şəhid oldu

Ermənilərin açdığı atəş nəticəsində yaralanan əsgərimizin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə iyul ayının 13-də Naxçıvandakı "N" saylı hərbi hissədə qulluq edən 1993-cü il təvəllüdlü əsgər Cəfərov Rəbbi Elsevər oğlu düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmişdi.

Nazirlikdən bildirilib ki, aparılan intensiv müalicəyə baxmayaraq əsgərin həyatını xilas etmək mümkün olmayıb və o, dünən saat 21:20 radələrində şəhid olub.

Qeyd edək ki, keçən ilin əvvəlindən bu günə kimi erməni əsgərlərinin açdığı atəş nəticəsində 26 hərbçimiz şəhid olub, 2 mülki şəxs, o cümlədən 9 yaşlı uşaq öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə