Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11,0 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çox istehlak malları satılıb. SİA-nın məlumatına görə, bunu Dövlət Statistika Komitəsi əmtəə bazarı haqqında xəbərində bildirib.
İstehlak mallarının 1,4 milyard manatı hüquqi şəxslərin, 5,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Elektron ticarətin həcmi 905,1 min manat olub.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 6,2 milyard manatı ərzaq məhsullarının, 4,8 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB