Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə 2012-ci il 6 – 12 sentyabr tarixlərində Nabran qəsəbəsində ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri üçün reallaşdırdığı "Liderlik Məktəbi" layihəsi çərçivəsində TGT sədrləri: "Gəncləri QHT sahəsində aktiv olmağa səsləyirlər".
SİA-nın məlumatına görə, Milli Aviasiya Akademiyasının (MAA) TGT nümayəndəsi İlkin Mustafayev: "Bundan öncə ATGTİ-nin müxtəlif layihələrinin iştirakçısı olmuşam, əsas da 2012-ci ilin fevralında Xızıda keçirilmiş "Qış Liderlik Məktəbi"nin məzunuyam. TGT sədrləri üçün təşkil edilmiş bu layihədə MAA TGT-ni təmsil etməyimdən qürür duyuram. Deyə bilərəm ki, layihə çərçivəsində komanda işinin təşkili mövzusu məni daha çox maraqlandırır. Bu sahədə keçiriləcək təlimdə qazanacağım yeni bilikləri təmsil etdiyim TGT-nin işinin təkminləşdirilməsi üçün istifadə edəcəm. Gənclərə səslənərək, onları QHT və ölkənin ictimai-siyasi sahəsində fəal olmağa çağırıram", - deyə bildirib.
2 nömrəli Bakı Baza Tibb Kollecinin TGT sədri Ziyadə Yusibova isə: "İlk dəfədir ki, belə bir layihədə iştirak edirəm. Bu tip layihələr gənclərin şəbəkələşməsinə kömək edir. Düşünürəm ki, bu "Liderlik Məktəbi"ndə öyrəndiklərim mənim TGT sədri kimi fəaliyyətimə müsbət təsir edəcək", - deyə qeyd edib.
Qeyd edək ki, bu gün dövlət rəsmilərinin və AzGF nümayəndələrinin iştirakı ilə TGT sədrləri üçün "Liderlik Məktəbi" layihəsinin açılış mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB