“Ermənistan terrorçu dövlətdir”

“Ermənistan terrorçu dövlətdir”

"Ümumiyyətlə erməni təşkilatı olan ASALA dünyada tanınan terror təşkilatıdır. Ermənistan terrorçu bir dövlətdir". Bunu SİA-ya açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, ASALA-nın törətdiyi qanlı cinayətlər bütün dünyaya bəllidir: "1973-1987-ci illərə nəzər salanda görürük ki, Fransa, Amerika, İngiltərə və Avropanın bir çox ölkələrində erməni terrorçuları bəd əməllər törədiblər. ASALA terror təşkilatı Fransada 61, Amerikada 22, İsveçrədə 19, Livanda 20, İranda 14 və digər ölkələrdə teror həyata keçiriblər. Ermənistanın bu gün apardığı siyasət tamamilə terrorçuluğa söykənir, ondan qidalanır. Ermənistan dövləti mövcud olduğu gündən bütün dövrlərdə terrorla məşğul olub. İşğalçı ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan, eyni zamanda indi hakimiyyətdə olan Serj Sarkisyan və onun komandası bu baxımdan əsl terroçudurlar. Azərbaycanın 20%-dən artıq işgal olunmuş torpaqları və dinc sakinlərə qarşı törətdilən bəd əməllər göstərir ki, ümümuyyətlə, bu hakimiyyət tamamilə terrorçulardan ibarətdir. Dünya ictimayyəti bu gün beynəlxalq terror təşkilatı olan ASALA-nı və Ermənistanın apardığı terror siyasətini lənətləməlidir və buna qarşı müvafiq addımlar atılmalıdır".

Baş redaktor Ermənistanın keçmiş və indiki prezidentlərinin törətdikləri cinayətlərə görə, beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını bildirib. ASALA-nın terror əməllərinə qarşı dövlətimizin müvafiq qurumlarının tədbirlər gördüyünü vurğulayan V.Rəhimzadə: "ASALA öz terror hərəkətlərini bəyan etməklə bir daha Ermənistanın iç üzünü ortaya qoydu, göstərdi ki ermənistan terrorçu dövlətdir. BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın bu terrorçu siyasətinin, bəd əməllərinin bir daha şahidi oldular. Erməni terroru ilə bağlı bu təşkilatların hər biri öz mövqeylərini bildirməlidirlər.

Mətbuat orqanlarında ASALA terror təşkilatının bəyanatı ilə bağlı kifayət qədər müzakirələr gedir və mən hesab edirəm ki, müvafiq dövlət qurumları bununla bağlı öz mövqeylərini ortaya qoyur, lazimi addımlar atırlar. Tarixə nəzər salanda azərbaycanlarılara, ümumiyyətlə türklərə qarşı ermənilərin düşmənçilik siyasətinin şahidi oluruq. Bütün sülh sevən, terrora qarşı olan insanlar ümumilikdə erməni terroruna, ASALA-ya və erməni dövlətinə qarşı mübarizə aparmalı, kəskin və qəti şəkildə öz sözlərini deməlidirlər. Azərbaycanın 20% torpaqlarının işğal olunması və 1 milyon qaçqının olması, dünya türklərinin başına gələn ağrı-acı bütün dünyaya utancverici bir mesaj olmalıdır", - deyə V.Rəhimzadə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə