“Lufthansa” Bakıya uçuşu dayandırdı?

“Lufthansa” Bakıya uçuşu dayandırdı?

"Lufthansa" aviaşirkətinin növbəti Frankfurt-Mayn-Bakı aviareysinin yeni təsdiqlənən cədvələ uyğun reallaşacağı gözlənilir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından, alman şirkətinin işçilərinin tətili davam etdirmələri məsələsinin şərh edərkən, məlumat veriblər. Aeroportdan deyilib ki, Bakıya növbəti reys şənbə günü reallaşdırılacaq. Cədvələ görə, təyyarə Bakıda yerli vaxtla saat 21:00-da yerə enməli və bazar günü geriyə, Frankfurta saat 3:55-də yola düşməlidir: "Hələlik hərəkət qrafikində dəyişiklik yoxdur və reysin cədvələ uyğun reallaşdırılması nəzərdə tutulub".

Aviaşirkətin saytının çərşənbə axşamı verdiyi məlumatda deyilir ki, əvvəlki reyslər kiçik yubanmalarla reallaşdırılıb. Bir müddət əvvəl "Lufthansa" aeroport işçilərinin tətili ilə əlaqədar ölkənin üç iri aeroportundan üç yüzə yaxın reysi təxirə salınıb.

Qeyd edək ki, məsələ ilə əlaqədar Berlində, Frankfurt-Maynda və Münhendə aeroport işçiləri tətil elan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə