Azərbaycanda səfərdə olan NATO baş katibi Anders Foq Rasmussen Ramil Səfərovun Azərbaycana qaytarılması və əfvindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı təhdid edən bəyanatlarla çıxış etməsi, bunun ardınca isə "ASALA" erməni terror təşkilatının Azərbaycan diplomatlarını terrorla hədələməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, baş katib NATO-nun terrorizmin bütün formalarını pislədiyini bəyan edib: "Biz bütün siyasi liderləri terror bəyanatlarından çəkinməyə çağırırıq. Bölgəyə gəldikdə, burada gərginliyin azaldılmasına və əməkdaşlığın genişləndirilməsinə, gücləndirilməsinə ehtiyyac var".
A.F.Rasmussen yaranmış vəziyyətdən narahat olduğunu da dilə gətirib. "Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirəm. NATO öz mövqeyini Çikaqo sammitində ifadə edib. Biz danışıqlarda birbaşa iştirak etməsək də, Minsk Qrupunun səylərini tam dəstəkləyirik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB