"1970-ci illərdə 42 türk diplomatını şəhid edən erməni terror təşkilatı ASALA indi də Azərbaycanı terrorla təhdid edir. Lakin ASALA və onun dəstəkçisi Serj Sarkisyan rəhbərliyi bilməlidir ki, Türkiyə və Azərbaycan sizin bu ucuz təhdidlərinizə boyun əyməyəcək". Bunu SİA-ya açıqlamasında Türkiya Azərbaycan Dərnəyinin (TAD) sədri, Türkiyənin millət vəkili Sinan Oğan deyib.
Millət vəkili bildirib ki, Macarıstandan Ramil Səfərovun beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana qaytarılması və dövlət başçısı İlham Əliyevin sərəncamı ilə haqlı olaraq əfv olunması nəticəsində beynəlxalq aləmdə uduzan ermənilərin dərhal terrora əl atmaları və Azərbaycan diplomatlarını ölümlə təhdid etmələri əslində onların gerçək üzünü bir dəfə sübur etdi. Türk diplomatlarına qarşı terrorlar edən, Xocalıda, İğdırda qırğınlar edən erməni terroru yenidən fəaliyyətə başlayıb.
"PKK terror təşkilatı ilə ASALA terror təşkilatı arasındakı isti əlaqələr əslində onların hər ikisinin türklərin düşməni olduğunu bir dəfə daha açıq şəkildə göstərib. Ulu öndər Heydər Əliyevin də dediyi kimi Türkiyə və Azərbaycan bir millətin iki dövlətidir. Bu iki dost və qardaş dövlət ASALA və PKK terror təşkilatına qarşı da həmişə birlikdə mübarizə aparacaq. Son baş verən hadisələrdən sonra öz ictimaiyyəti qarşısında çətin vəziyyətdə qalan Sarkisyan rəhbərliyinin döyüşü belə vəziyyətə döndərməsi ermənilərin içinə düşdüyü qorxunu göstərməkdədir. Türkiyədəki Azərbaycan türklərinin ən böyük diaspor təşkilatı olan Türkiyə Azərbaycan Dərnəyi -TAD olaraq açıq şəkildə deyirik ki, ASALA-nın bu təhdidlərinə qarşı dost və qardaş Azərbaycan xalqının yanındayıq. Nə ASALA terroru, nə də Sarkisyanın döyüş qışqırıqları Türkiyə və Azərbaycanın dostluğunu və qardaşlığına, Azərbaycanın Qarabağı yenidən vətən torpaqlarına qatma cəhdlərinə maneə törədə bilməyəcək. Bu məsələdə TAD olaraq hər vaxt Azərbaycanın yanındaydıq, bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB