34 müəllim müsabiqənin qalibi olub

34 müəllim müsabiqənin qalibi olub

Bu gün Sumqayıt şəhərində təhsil işçilərinin konfrası keçirilib. SİA-nın mlumatına görə, tədbiri giriş nitqi ilə Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov açaraq, bəzi statistik rəqəmlərə toxunub. O, bu il ali məktəblərə sənəd verən 2660 abituriyentdən 1354-nün (51%) tələbə adını qazandığını diqqətə çatdırıb. Bildirilib ki, abituriyentlərin 92 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev də iştirak edib. E.Həbibullayev bildirdi ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi pedaqoji kollektivin və şagirdlərin məsuliyyətini daha da artırıb:

"2008-ci ildən indiyə kimi 15 məktəb, 34 müəllim müsabiqənin qalibi olub. Ölkə rəhbərliyinin diqqət və qayğısı nətisəsində məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi ön plana çəkilib, bu istiqamətdə bir sıra məqsədyönlü işlər görülüb, bütün məktəblərdə "Şahin" komandalarının sıra təliminə kütləvi baxış keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə