Mayın 2-si Təbrizdə həbs olunan və sentyabrın 4-dək İranda həbsdə saxlanan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 6-da Azərbaycan Respublikasına qayıdıblar. Sentyabrın 4-də şairlər Azərbaycanın Təbrizdəki baş konsulluğuna təhvil verilmişdi.
Biləsuvar gömrük məntəqəsini keçdikdən sonra mətbuata açıqlamasında şairlər bildiriblər ki, İrana şeir festivalına getsələr də, sonradan İran əleyhinə təbliğatda ittiham olunaraq saxlanıblar.
Şəhriyar Hacızadə Azərbaycan prezidentinə təşəkkür edib. Bildirib ki, onlara İranda fiziki işgəncə verilməyib.
Şairlər daha geniş açıqlamanı Bakıda keçirəcəkləri mətbuat konfrasında verəcəklərini deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB