“Xaş-xaş-2012”

Cari ilin avqust ayı ərzində 122 kiloqram 432,1 qram narkotik vasitənin Azərbaycan dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, "Xaş-xaş-2012" şərti adı altında keçirilən tədbirlər nəticəsində avqust ayının 14-də Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 1270 kiloqram olan 1850 ədəd çətənə kolu aşkar edilərək yerli icra hakimiyyətinin , hüquq-mühafizə, bələdiyyə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində isə 61 halda ümumi dəyəri təqribən 410 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tapança, 8 ədəd 9 mm-lik patron, 20 kiloqram qırma, 25 ədəd 16 mm-lik giliz, 100 ədəd giliz tıxacı, 1 ədəd mina axtaran cihaz, 2262 ədəd mobil telefon, 2336 ədəd mobil telefon aksesuarları, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə