Ramil Səfərov həbsə qayıdır?

ATƏT azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması ilə əlaqadar Ermənistan və Azərbaycan arasında münasibətlərin daha da pisləşməsindən narahatdır. SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in sədri Jan Klod Minyon rəsmi bəyanatında bildirib. "Səfərovun törətdiyi dəhşətli cinayətin təqdir olunmasını pisləyən beynəlxalq rəylərlə həmrəyik".

Ramil Səfərovun azad olunmasını "qəbuledilməz" adlandıran sədr: "Bu qalmaqallı azadetmə Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətlərdə çox mənfi nəticələrə səbəb olacaq", -deyib.

ATƏT-in sədri bildirib ki, yaranmış vəziyyət regionda sabitliyin pozulmasına daha da şərait yaradacaq: "Mən Azərbaycan hakimiyyətini öz seçiminə yenidən nəzər yetirməyə, Avropa Şurasının standartlarına uyğun seçim etməyə səsləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə