Millət vəkili: “Mənim özümə inamımı formalaşdıran nənəm olub”

Millət vəkili: “Mənim özümə inamımı formalaşdıran nənəm olub”

"Mənim özümə inamımı formalaşdıran nənəm olub". Bu sözləri Millət vəkili Ceyhun Osmanlı " Qadınların Liderlik Konfransı"nda söyləyib.

Onun sözlərinə görə, Azərbaycan parlamentində, xanım parlamentarilərin iştirakının 14 faizdən 20 faizə qalxması, Azərbaycanın ABŞ-dan irəlidə olduğunu göstrəri: "1918-ci ildə Şərqin ilk parlamenti yarandığı zaman qadına seçmə və seçilmə hüququ Fransadan, ABŞ-dan daha öncə verilib. Buna əsasən deməliyik ki, Qərb sivilizasiyasına Azərbaycan xanımı böyük töhfədir. Şərqdə ilk qadın pilot, ilk akademik eyni zamanda ilk opera yazan qadın, ilk qadın aktrisa, balerina və.s hamısı bizdə olub. Lakin biz bununla kifayətlənməməli, daha artığını etməliyik. Məsələn, 2009- cu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri həyata keçirildiyi zaman, nə qədər ürək ağrıdan olsa da Azərbaycan xanımlarının bələdiyyədə iştirakı təxminən 4 faiz təşkil edirdi. Ama 2009- cu il dekabr seçkilərindən sonra bu, 33 faizə qalxdı. Belə bir nisbətin artması, xüsusilə bu gün xanım sədrlər arasında qorunur".

Bütün xəbərlər Facebook səhifəmizdə