Bakıya qonaq gələn nazir nələri danışdı?

Bakıya qonaq gələn nazir nələri danışdı?

"Azərbaycanla Litva arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri var. Hər iki ölkə tarix, siyasi, bir sözlə müxtəlif məsələrdə gözəl əməkdaşlıq edir və bu əməkdaşlığın da yaxşı dinamikası var". SİA-nın xəbərin görə, bunu Azərbaycanda səfərdə olan Litva daxili işlər naziri Arturas Melianas jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycana qarşı olan hörmət və sevgi Evrovision mahnı müsabiqəsində Litva tərəfindən verilən baldan da məlum oldu. Qonaq Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Litva Daxili İşlər Nazirliyi arasında fövqəladə hallarda əməkdaşlıq haqqında sazişinin imzalanacağını da qeyd edib.

Dağlıq Qarbağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin Litvada tanıdılmasına gəlincə, nazir vurğulayıb ki, insanların hər zaman ölkələrin tarixi, siyasi vəziyyəti ilə bağlı məqamları bilməsi, həqiqətləri öyrənməsi çox vacibdir. Bu həmçinin, Azərbaycan-Litva parlamentlərarası dostlluq qrupunun da əsas məqsədlərindən biridir. Qeyd edək ki, bu istiqmətdə hər zaman müvafiq işlər görülüb və bundan sonra da davam etdiriləcək.

Səfər çərçivəsində Litva daxili işlər naziri Arturas Melianas Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Qonaq görüşdə iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə