Azərbaycanda səfərdə olan Litvanın daxili işlər naziri Arturas Melianas Fəxri Xiyabanı ziyarət edib. SİA-nın xəbərinə görə, qonaq Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Daha sonra qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib.
Şəhidlər Xiyabanında da olan Litvanın daxili işlər naziri azadlığı və suverenliyi uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsini yad edərək "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Qonağa həmçinin Şəhidlər Xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB