Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti Əsəd Əliyev tutduğu vəzfəsindən bu gün azad edilib. SİA-nın məlumatıan görə, bu barədə mətbuata Gürcüstan Türkləri Konfederasiyasının (GTK) İnformasiya Departamnetinin rəhbəri Sara Səfixan xəbər verib. O bildirib ki, bu gün Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov, vitse-prezident Əsəd Əliyevin tutduğu vəzifədən kənarlaşdırılması barədə qərar imzalayıb. 2 noyabr 2011-ci ildən Gürcüstan Türkləri Konfederasiyasının vitse-prezidenti postunu tutan Əsəd Əliyevin vəzfəsindən çıxarılması üçün əsas "özbaşnalıq və nizamnamə tələblərinin kobud şəkildə pozma və vəzifə səlahiyyətlərini aşma" faktları əsas götürülüb. Konfederasiyanın İnformasiya Departamentinin rəhbəri həmçinin bildirib ki, yeni vitse-prezident Gürcüstan Türkləri Konfederasiyasının (GTK) 2 noyabr 2011-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan nizamnaməsinə əsasən Konfederasiyanın Ali Şurasının yaxın günlərdə keçiriləcək iclasında seçiləcək. Nizamnaməyə uyğun olaraq Konfederasiyanın vitse-prezidenti, konfederasiya prezidentinin təqdimatı əsasında qurultay tərəfindən, qurultaylararası dövrdə isə Konfedrasiyanın Ali Şurası tərəfindən seçilir.
Sara Səfixan əlavə olaraq bildirib ki, Əsəd Əliyev bundan sonra Konfedrasiyada fəaliyyətinin öz istəyinə uyğun olaraq Konfederasiya Ali Şurasının üzvü kimi davam etdirə bilər. Çünki o, Konfederasiyanın assosativ üzvü olan Böyük Birlik Təşkilatının (BBT) Sədri kimi Konfederasiya Ali Şurasının təbii üzvüdür.
"Əgər Əsəd Əliyev Ali Şura üzvlüyündən istefa vermək istəsə təbii ki, onun istefası Ali Şura tərəfindən dərhal qəbul edləcək", -deyə Sara Səfixan əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB