Bu gün Bakıda "Neftqazçıxarmada yeni texnologiyalar" II Beynəlxalq elmi-təcrübi konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransda ABŞ, İngiltərə, Rusiya, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Türkiyə, Rumıniya və digər 18 ölkədən 45 şirkəti 100-dən çox nümayəndəsi təmsil edəcək.
"Neftqazelmitədqiqatlayihə" İnsitutunun direktoru Fəxrəddin İsmayılov tədbirin əsas məqsədinin yeni texnologiyaların Azərbaycanın neft sənayesində tətbiq etməkdən və dünyanın aparıcı elmi tədqiqat mərkəzlərilə yaxından əməkdaşlıq etməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, konfrans 7 bölümdə keçiriləcək. İki gün davam edəcək beynəlxalq konfransda "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı", "Neft, qaz və bitum yataqlarının işlənməsi və istismarı", "Qaz anbarlarının işlənməsi və istismarı", "Dərin dəniz yataqlarının sualtı istismarı təcrübəsi və inkişaf perspektivliyi", "Neft və qaz quyularının qazılması və tamamlanması", "Korroziyadan mühafizə" və "İstehsal proseslərinin avtomatlaşdırılması" bölmələrində müzakirələr keçiriləcək.
Tədbirdə çıxış edən, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft strategiyası haqqında məlumat verib. O bildirib ki, Azərbaycan həm ölkənin, həm də regionun neft təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir: "Bu illər ərzində kəşf olunan Abşeron və Ümid yatağıdır. Ümid yatağı 200 milyard kub/metr qaz və 40 milyon kondensant, Şahdəniz neft yatağı 1,2 trilyin kub/metr qaz, 240 milyon kondensant, Abşeron neft yatağı isə 340 milyard kub/metr qaz, 45 milyon ton kondensant ixrac edib. 30-a yaxın axtarış, kəşfiyyat, istismar qazma işləri aparılır. "Petkim" neft-kimya kompleksinin neftlə təmin olunması üçün "Star" neft emalı zavodunun əsası qoyulub. "Nabukko-WS" neft-qaz kəməri layihəsi nəzərdən keçirilib. Hazırda Azərbaycanda neft məhsulları 30-a yaxın ölkəyə ixrac olunur. Ərəbistan və Nigeriyada nümayəndəliyimiz açılıb və bununla da Şərqdə və Cənubi Afrikada öz mövqeyimizi möhkəmlənşdirmişik. Neft məhsullarının emal dərinliyi 92,6%-ə çatıb".
R.Abdullayev həmçinin qeyd edib ki, Gürcüstanın enerji bazasının 60%-ni Azərbaycan təmin edir. Gürcüstanda, Rumıniyada, Ukraynada yanacaqdoldurma şəbəkəsi açılıb. İsveçrədə pərakəndə neft yanacağının satış şəbəkəsi yaradılıb. Hazırda şirkətin strukturunda 20 idarə var.
Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycan Respublikasının neft strukturunun və neft-qaz strategiyasının keçmişindən və bu günündən danışıb: "Abşeron, Ümid neft yataqlarının kəşf olunması Azərbaycanın neft sənayesinin daha da inkişaf etməsinə şərait yaradıb. Həmçinin "Naxçıvan", "Babək", "Zəfər" yataqlarında uğur qazanacağımıza təminat verib. Hazırda ARDNŞ və "Neftqazelmitədqiqatlayihə" İnsitutu ölkəmizdə yerləşən mezozoy çöküntülərində də kəşfiyyat işləri aparır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən neft-qaz strategiyası bundan sonra da uğurlu şəkildə davam edəcək".
Tədbir elmi-təcrübi müzakirələr və bölmələr üzrə məruzələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB