İran vizasız rejim təklif edir

"İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir". SİA-nın məlumatına görə, bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"İpək Yolu ölkələri arasında viza rejiminin aradan qaldırılması bu ölkələrin turizim potensialının inkişafına təkan verəcək. Tarixi İpək Yolunun əhəmiyyəti çox mühümdür və İpək Yolunun təkmilləşdirilməsinə ehtiyac var", - deyə bildirib.

Onun sözlərinə görə, İpək Yolunun canlandırılması ilə həmin yolun üzərində yerləşən ölkələrin insanları arasında sıx əlaqələr qurulacaq: "Biz - İpək Yolu ölkələri öz turizm potensialımızdan layiqincə istifadə etməliyik. İpək Yolu ölkələri arasında Şengen vizasının analoqu yaradılmalıdır".

S. Həsən həmçinin İpək Yolu ölkələrinin Baş Assamblyesanın yaradılması və onun ilk qurultayının gələn ilin sonunda İranda keçirilməsini təklif edib.

İranın vitse-prezidenti 2014-cü ilin "İpək Yolu ili" elan olunması, Ümumdünya Turizm Təşkilatının bir gününün İpək Yolu Günü kimi qeyd olunması və İpək Yolu atlasının yaradılması təklifi ilə də çıxış edib. Musəvi bildirib ki, İran bu atlasın yaradılmasını öz üzərinə götürməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə