İranın vitse-prezidenti sualın cavabından qaçıb AÇIQLAMA

İranın vitse-prezidenti sualın cavabından qaçıb AÇIQLAMA

"Azərbaycanla İran arasında münasibətlər hər zaman yaxşı olub və bundan sonra da inkişaf edəcək. Bunu hər kəs görəcək". SIA-nın xəbərinə görə, bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi deyib. Vitse-prezident bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşı olduğunu demək üçün kifayət qədər əsaslar var.

O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə gələcək əlaqələrin geniş şəkildə müzakirə olunduğunu açıqlayıb.

Seyid Həsən Musəvi Azərbaycan şairlərinin İranda həbsi və sonradan azad edilməsi barədə sualı isə cavablandırmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə