Azərbaycan Respublikası və Mərakeş Krallığı Gənclər və İdman Nazirlikləri arasında imzalanan Əməkdaşlıq Protokoluna uyğun olaraq, 16 nəfərdən ibarət mərakeşli gənc ölkəmizə səfərə gəlib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmtəindən SİA-ya verilən xəbərə görə, səfər edən gənclər Mərakeş Krallığının müxtəlif ali məktəblərində təhsil alan15 tələbə idi.
Səfər proqramı çərçivəsində tələbələr Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftomoloq Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Mərakeşli tələbələr Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri ilə görüşüb, tələbə gənclər təşkilatları arasında əlaqələrin yaradılmasının, qarşılıqlı səfərlərin təşkil edilməsinin, müxtəlif mövzular üzrə birgə tədbirlər təşkil edilərək keçirilməsinin önəmindən danışıblar.
Səfər proqramına əsasən mərakeşli qonaqlar Quba rayonunda olub, 1918-ci il mart hadisələri zamanı ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş günahsız insanların kütləvi dəfn edildiyi məzarlığı ziyarət ediblər. Bununla yanaşı onlar Quba Olimpiya Kompleksində olub, yay vətənpərvərlik düşərgəsində dincələn gənclərlə görüşüb, onlarla futbol üzrə yoldaşlıq oyunu keçiriblər. Qusar rayonuna edilən səfər çərçivəsində isə mərakeşli gənclər Qusar Olimpiya Kompleksində, Heydər Əliyev Mərkəzində, Diyarşünaslıq Muzeyində, habelə işlərindən ibarət sərgi salonunda olublar. Daha sonra nümayəndə heyəti yerləşən Ləzgi Dövlət Dram Teatrında təşkil edilmiş bədii proqramı izləyiblər.
"Xəzər" İnvestisiya Mərkəzində olan gənclər "Azərbaycan Tələbə Kartı"nın hazırlanması prosesi ilə yaxından tanış olublar. Daha sonar qonaqlara xatirə olaraq Kartı"ları təqdim edilib. Şəki şəhərində olan mərakeşli gənclər Şəki Xan Sarayında, Tarix Diyarşünaslıq Muzeyinde, Kiş kəndində yerləşən alban məbədinə səfər edib, şəhərin tarixi ilə yaxından tanış olub, Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüblər.
Səfərin sonunda gənclər Qəbələ rayonuna gedib, rayonda fəaliyyət göstərən əyləncə mərkəzində istirahət ediblər. Mərakeş Krallığının gənclərdən ibarət nümayəndə heyətinin səfəri sentyabr ayının 1-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB