NATO-nun baş katibi İrəvana gedəsi olmadı

NATO-nun baş katibi İrəvana gedəsi olmadı

NATO-nun baş katibi Anders Foq Rasmussen Ermənistana səfərini təxirə salıb. DPA-ya istinadən verilən məlumata görə, ötən günə planlaşdırılan səfər təxirə salınıb. Anders Foq Rasmussenin təyyarəsi texniki səbəblərdən yoldan geri qayıdıb. Baş katib Twitter səhifəsində yazıb ki, səfər bu gün reallaşmalıdır.

Anders Foq Rasmussen ikigünlük səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyanla görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə