Azərbaycan prezidenti bu vəsaiti Bakıda aparılan yenidənqurma və abadlıq işlərinə ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB