Erməni terroru rəqəmlərdə ARAŞDIRMA

Erməni terroru rəqəmlərdə ARAŞDIRMA

Ramil Səfərovun ekstradisiyasına və prezident İlham Əliyevin müvafiq sərəncamı ilə azadlığa çıxmasına hiddətlə yanaşan Ermənistan və xaricdəki erməni millətçi təşkilatları "fəallaşıblar". Bu "fəallıq" müxtəlif fazalarda nəzərə çarpır. Ən mühüm faza isə terrordur. Bəli, ermənilər ənənəvi "üsullarına" baş vuracaqlarını bildirirlər. Erməni terror təşkilatı olan ASALA isə açıq hədələyici tona üstünlük verir və hətta qətlə yetirəcəyi azərbaycanlıların adlarını da açıqlayır.

Tarixdə ermənilərin törətdikləri terror aktlarına dair məlumatlar çoxdur. İndi gətirəcəyimiz faktlar erməni terrorunun ən qızğın, daha doğrusu azğın şəkil aldığı mərhələyə aiddir. Vaşinqtondakı Türk tədqiqatları institutunun direktoru, professor Hit Lourinin "Armyanskiy qenosid: mif i realnost" ("Erməni soyqırımı: mif və reallıq") kitabı həmin mərhələdə, konkret desək, 1973-1987-ci illərdə erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror aktlarının statistikası baxımından önəmlidir.

Sən demə, ermənilərin ən çox terror aktı törətdikləri ölkə Fransadır. Təkcə Fransada qeyd edilən zaman kəsiyində bu aktların nəticəsində ölənlərin sayı 87, yaralananların sayı 360-dır. Bu siyahıda yer alan rəqəmlərdə isə sözügedən müddətdə ermənilərin ümumilikdə dünyada həyata keçirdikləri terror aktlarının statistikası yer alır.

1. Frasna - 61

2. ABŞ - 22

3. Livan - 20

4. İsveçrə - 19

5. İran - 14

6. İtaliya - 13

7. Belçika - 7

8. İspaniya - 6

9. Almaniya - 5

10. Türkiyə - 5

11. Kanada - 5

12. Danimarka - 4

13. İngiltərə - 4

14. Yunanıstan - 3

15. Avstriya - 3

16. Portuqaliya - 2

17. Avstraliya - 2

18. Bolqarıstan - 1

19. Lüksenburq - 1

20. Yuqoslaviya - 1

Beləliklə, ümumiləşdirmə aparsaq, görərik ki, 1973-1987-ci illərdə erməni terror təşkilatlarının reallaşdırdıqları terror aktlarının sayı 198-dir. Terror aktları nəticəsində ölənlərin sayı 143 olduğu halda 636 yaralı var. 168.az-ın Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə