Son bir necçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir. Ermənilər törətdikləri bu qeyri qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirilər. Lakin ölkədəki qurumların saytlarında baş vermiş müdaxilələr qısa bir zamanda aradan qaldırılıb və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb. "Multimedia" İnformasiya Sistemləri Texnoloqiyaları Mərkəzinin direktoru Osman Gündüz SİA-ya verdiyi müsahibəsində bu müdaxilələrin səbəblərini izah etməyə çalışıb.
Onun sözlərinə görə, internet yaranandan xakerlərin hücum məsələsi var. Son dövrlərdə isə Azərbaycan saytlarına xaker hücumlarının intensiv olaraq artımını müşahidə olunub. Osman Gündüz: "Bu da təbii ki, Azərbaycanın inkişaf səviyyəsinin artması nəticəsində diqqətləri özünə cəlb etməsilə bağlıdır. Təbii ki, Eurovision məsələsi və digər inkişaf prespektivləri yaxşı diqqətləri Azərbaycana yönəltdiyi kimi pis diqqətləri də yönəldir. Son dövrlərdə isə xaker hücumlarının artması Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması ilə bağlıdır. Lazımi aidiyyatı qurumlar bu məsələyə görə xaker hücumlarının olmasından xəbərdar olmalı idi. Həm Dövlət informasiya resurslarının sahibləri, həm də qeyri dövlət informasiya resurslarının sahibləri xaker hücumları ilə bağlı məlumatlandırılmalı idilər. Bu orqanlar tərəfindən müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilməlidi. Lakin biz belə bir addım müşahidə etmədik. Bu məsələ göstərdi ki, həm Dövlət həm də qeyri-dövlət sektorunda informasiya resurslarının tehlükəsizliyi məsələsində zəiflik müşahidə olunur", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB