İbad Hüseynov ASALA-ya meydan oxudu

İbad Hüseynov ASALA-ya meydan oxudu

"ASALA terror təşkilatının rəhbəri Monti Merkoryanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz". Bunu SİA-ya açıqlamasında Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı İbad Hüseynov deyib.

Qəhrəman veteranımız deyib ki, Ramil Səfərov Bakıya gətiriləndən sonra xarici ölkələr tərəfindən müəyyən bəyanatlar səsləndirilir. Azərbaycanın qüdrətli dövləti və qəhrəman prezidentinin olduğunu deyən İ.Hüseynovun sözlərinə görə, Ramil Səfərovun Bakıya gətirilməsi ilə prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycanın qüdrətli dövləti və prezidenti var.

"Əgər xalq prezidentin ətrafında birləşsə, heç bir kənar qüvvə və ya terror təşkialtı Azərbaycana bata bilməz. Özü də ki ermənilər. Vaxtilə ermnəilərin istənilən terroristləri, komandirlərini 2-3 dəqiqəyə postların dağıdaraq 10-20 ermənini öldürürdük. Lakin o vaxtki hakimiyyətsizliyin ucbatından torpaqlarımız işğal olundu. Amma nə vaxtsa torpaqlarımızın qaytarılması haqqında fərman verilsə bir gün içərisində axşamdan başlayaraq səhərə kimi bütövlükdə azad edə bilərik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə