01-22 Sentyabr, 2012-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində İngiltərə, Almanya, Moldova, Ruminya,Türkiyə, İspaniya və olmaqla Azərbaycan "Avropalıyıqmı?!-Kimlik,İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbirə ev sahibliyi etmək üçün layihəyə qatılıb. AGAT-dan SİA-ya verilən məlumata görə, 2-4 sentyabr tarixlərində tədbir çərçivəsində Avropa Parlamentinin alman deputatı Reinthart Bütikofer ilə görüş keçirilib, Almaniya hökumətinin Avropa departamentinin nümayəndələri və Avropa komissiyasının Almaniya şöbəsində müzakirələr aparılıb.
Görüşlər zamanı Azərbaycan nümayəndələri Azərbaycan Avropa əlaqələri, enerji layihələri və Şərq Tərəfdaşlığı Proqramı barədə fikir mübadiləsi aparıblar. Avropa parlamentinin üzvü Reinthart Bütikofer ilə görüşdə əsasən beynəlxalq hüquq normaları və Avropa parlamentinin bu sahədə gördüyü işlər müzakirə obyekti oldu. Müzakirələr zamanı qeyd olundu ki, bəzən Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarına riayət etmirlər, daha çox ikili standartlar nümayiş edirlər, Azərbaycan bir neçə məsələdə bununla qarşılaşan tərəfdir.
Qeyd edək ki, bu gün AGAT sədri Gülsel Səfərova və müavin Nərgiz Eyvazova Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Pərviz Şahbazov ilə görüşəcək. Görüşün məqsədi qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə lobbiçilik işində yeni layihələrin keçirilməsidir.
Qeyd edək ki, beynəlxalq layihə Azərbaycan Gənclər Fondu və Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB